"AGRO Bio Eco Tech"



”Agro Bio Eco Tech” MMC - 25 ildən artıqdır ki, Azərbaycanın kənd təsərrüffatı bazarında ekoloji təmiz ərzaq məhsulları istehsalı fəaliyyəti ilə məşğuldur. 2000-ci ildən başlayaraq respublikanın kənd təsərrüfatı üçün orqanik və orqanomineral əlavələr və biopreparatlar istehsalına başlanılıb (faydalı mikroorqanizmlərin- probiotiklərin istifadəsilə). Hal-hazırda şirkətin Türkiyə, Macarıstan, Almaniya, Latviya və Rusiyada törəmə müəssisələri fəaliyyət göstərir. Bu ölkələrdəki müəssisələr Azərbaycanda istehsal olunan ekoloji təmiz kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üçün bioloji preparatları həm özəl fermerlərə, həm də şəhər və rayonlarda bələdiyyələrə uğurla satırlar. İstehsal olunan bakterial preparatın Almaniya və Macarısatanda bioqazın istehsalında tətbiqi bioqaz qurğularının məhsuldarlığını 15 faiz artırıb. Şirkətin istehsal etdiyi məhsullar  respublikanın demək olar ki, bütün istixanalarında, qazonların, ağacların və kolların yetişdirilməsində tətbiq olunur. Bütün istehsal olunan məhsullara Avropa standartlarına uyğunluq sertifikatları (İMO – İsveçrə, Biokontrol. hu – Macarısatan, KİWA BCS Öko – Garantie GmbH –Almaniya) verilib.