AMEA Təcrübə-Sənaye Zavodu (TSZ)



“AMEA Təcrübə-Sənaye Zavodu” (TSZ) müasir tələblərə cavab verən bir sıra yağların istehsalı ilə məşğul olur. 1974-cü ildə yaradılan zavod ölkəmizdə bu tipli ilk və yeganə təcrübə sınaq müəssisəsidir. TSZ-nin əsas vəzifəsi elmlə istehsalat arasında birbaşa əlaqələrin yaradılması, təcrübə və təcrübə-sənaye miqyasında yeni texnoloji proseslərin mənimsənilməsidir. Zavodda Avropa və dünya standartlarına cavab verən sürtkü materiallarının istehsalına imkan verən istehsal qurğuları və müasir laboratoriya – pilot kompleksi yaradılıb. Hazırda burada 70-ə yaxın müxtəlif çeşiddə məhsul istehsal olunur. Bu məhsullar həm daxili bazar üçün, həm də xarici bazar üçün nəzərdə tutulub. Bunlar əsasən sürtkü yağları, müxtəlif maddələr və qatqılardır. Zavodda insan sağlamlığında mühüm rol oynayan Naftalan yağları da istehsal olunur. TSZ artıq öz brendi ilə tanınır, bazarda özünə yer tutub. Hazırda istehsal genişlənməkdə davam edir, yeni istehsal sahələri yaradılır.